Husilər BMT-nin ofisinə basqın etdilər

Yəməndə fəaliyyət göstərən “Ənsarallah” Hərəkatı (Husilər) Sənada BMT-nin bir neçə əməkdaşını saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Səudiyyə Ərəbistanı telekanalının məlumatına görə, husilərin təhlükəsizlik qüvvələri öz nəzarətlərində olan ərazilərdə fəaliyyətini davam etdirən BMT-nin ofislərindən birinə basqın edib. Mənbə saxlanılanların dindirilmək üçün aparıldığını iddia edir. Onların mobil telefonları və digər rabitə vasitələri də müsadirə olunub.

BMT-dəki mənbə telekanala bildirib ki, son iki gündə husilərin Sənada beynəlxalq təşkilatlara hücumları artıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button