Husilər İsrailin cənubunu kütləvi atəşə tutdu

Yəmənin şimalında iqtidarda olan Ənsar Allah (Husi) hərbi-siyasi hərəkatı İsrailin cənubuna və mərkəzinə kütləvi hücumlar həyata keçirdiyini açıqlayıb.

Polise.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi məlumat yayıb.

“Biz Umm ər-Rəşraş bölgəsində düşmən İsrailin mühüm obyektlərini hədəf alan hərbi əməliyyat keçirdik. Əməliyyat dörd qanadlı raketdən istifadə edilərək həyata keçirilib və məqsədlərinə uğurla çatdı”, – nümayəndə bildirib.

Husilərin lideri Abdel Malik əl-Husi deyib ki, Təl-Əviv Qəzza zolağında döyüşləri dayandırmayınca İsrailə hücumlar dayanmayacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button