Husilər Məkkəni vurmaq istəyiblər? – FOTO

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri müsəlmanların müqəddəs şəhəri Məkkə istiqamətində uçan husilərə məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək zərərsizləşdirib.

Polise.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yəməndə Qanuniliyin Bərpası üzrə Koalisiyanın mətbuat katibi Türki Əl-Maliki “X” platformasında məlumat verib. Onun sözlərinə görə, dron şəhərin cənub tərəfində vurulub. O qeyd edib ki, bu düşmən və terror aktı 2017-ci il iyulun 27-də ballistik raketdən istifadə edilməklə edilən ilk hücumdan sonra Məkkəyə zərbə endirmək üçün həyata keçirilən ikinci cəhddir.
“Reuters” agentliyinin məlumatına əsasən, adları açıqlanmayan husi rəsmiləri Məkkəyə edilən hücumla bağlı iddiaları təkzib ediblər.
BakuPost
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button