Husilər Rusiya və Çin gəmilərinə hücum etməyəcəklər

Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatının nümayəndələri Rusiya və Çini əmin ediblər ki, onların gəmiləri husilərin hücumlarından qorxmadan Qırmızı dəniz sularından və Babül-Məndəb boğazından keçə bilər.

Polise.az  xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, müvafiq razılaşma üç ölkənin diplomatları arasında Omanda baş tutan danışıqlar zamanı əldə olunub. Husi nümayəndə heyətinə “Ənsar Allah”ın sözçüsü Məhəmməd Əbdül Salam başçılıq edib.

2023-cü ilin oktyabrında Qəzza zolağında münaqişənin kəskinləşməsindən sonra “Ənsar Allah” İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əlaqəli gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyini açıqlayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button