İçərişəhərdə “Heydər Əliyev və Azərbaycan” adlı sərgi açılıb

Dekabrın 22-də Xalq rəssamı Tahir Salahovun ev-muzeyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan” adlı sərginin açılışı olub.
Polise.az xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin 30-dan artıq rəsm əsəri nümayiş olunur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən təşkil olunan sərgi Tahir Salahovun ev-muzeyində dekabrın 29-dək davam edəcək.
Polise.az



