“İcra başçıları rüşvəti birbaşa özləri alır, nazirlər isə…”

“Rüşvət və korrupsiyaya qarşı əməliyyatlar davam etdirilməlidir. Çünki bu bəla bütövlükdə idarəetmə sistemində kök salıb”. 

Bu sözləri Yenisabah.az-a Milli Təhülkəsizlik Nazirliyinin keçmiş şöbə rəisi, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçiridyi anti-korrupsiya əməliyyatlarına münasibət bildirərkən deyib.

Hakimiyyət islahatlar kampaniyası elan edəndən sonra yerli və mərkəzi icra hakimiyyətlərində anti-korrupsiya əməliyyatlarına start verilib. Sonuncu belə əməliyyat Xarici İşlər Nazirliyində keçirilib(XİN). 

DTX-nın keçirdiyi əməliyyat nəticəsində XİN-in İşlər İdarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurpaşa Abdullayev  saxlanılıb.

İlham İsmayılın sözlərinə görə, bu əməliyyatlar kifayət qədər peşəkarlıqla keçirilib. “Bu əməliyyatların üstünlüyü ondadır ki, burada sübutlar da, etiraflar da göz önündədir. Diqət etmisinizsə, saxlanılan şəxslərdən heç biri “bu mənim imzam deyil”, yaxud “bu əməlləri mən törətməmişəm” demir. Çünki ortada kifayət qədər sübut var və ictimaiyyət də baş verənləri əməliyyat çəkilişlərindən izləyir. Bu, peşəkarlıqdan xəbər verir və hesab edirəm ki, bu cür əməliyyatlar bütün “cəbhələr”də davam etməlidir. Çünki rüşvət və korrupsiya bütövlükdə idarəetmə sistemində kök salıb”, – deyə ekspert vurğulayıb.

İlham İsmayıl yerli icra hakimiyyətlərindən fərqli olaraq mərkəzi icra hakimiyyətlərində keçirilən əməliyyatlar zamanı birinci şəxslərin məsuliyyətə cəlb olunamasına da toxunub. “İcra başçıları rüşvəti birbaşa özləri alırdılar. Bu, əməliyyat çəkilişlərindən də aydın görünür. Yəni, onların həbsi üçün ortada sübutlar var. Amma nazirliklərdə vəziyyət bir qədər başqa cürdür. Orada rüşvəti aşağı ranqlı məmurlar alaraq yuxarıya ötürür. Yəni, hansısa naziri rüşvət alarkən yaxalamaq bir qədər müşkül işdir. Ona görə də ələ keçən aşağı ranqlı məmurlar olur. Onların bu pulları kimlərə ötürdüyünü isə istintaq müəyyən etməlidir”, – deyə ekspert vurğulayıb.

İlham İsmayıl əməliyyatların görüntü xarakterli olması barədə mülahizələrə münasibət bildirərkən deyib ki, istənilən halda belə əməliyyatlara ehtiyac var: “Əlbəttə ki, korrupsiyaya qarşı mübarizə sistemli xarakter daşımalı və idaretmə sistemi də dəyişməlidir. Amma hətta görüntü xarakterli olsa belə, anti-korrupsiya əməliyyatları davam etməlidir. Əvvəla, ona görə bəzi məmurlar davranışlarında korektələr etməyə məcbur olurlar, vətəndaşları çox incitməkdən çəkinirlər, ikincisi isə cəmiyyət bunu dəstəkləyir və görünən odur ki, artıq əhali korrupsioner məmurların idaərçiliyindən cana doyub”.

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button