İcra başçısının sabiq müavini də azadlığa çıxdı

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.

Polise.az xəbər verir ki, bu gün icrasına başlanılan amnistiya aktı ona da şamil edilib.

Qeyd edək ki, Neftçalan Rayon İcra Hakimiyyətinin sabiq müavini Gültəkin Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilmişdi.

O, İsmayıl Vəliyev və digər vəzifəli şəxslərlə birgə korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmuşdu.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button