İcra məmurlarının maddi təminatı gücləndirilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İcra məmurları haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dəyişikliklə icra məmurlarının maddi təminatı və sosial müdafiəsinin gücləndirilir.

Belə ki, bununla bağlı “İcra məmurları haqqında” qanuna yeni məzmunda dördüncü hissə əlavə edilib.

Dəyişikliklə, müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərətətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çxıarılaraq I oxunuşda qəbul edilib.

Hamısını Göstər

Related Articles

Back to top button