İctimai şuralarla görüşlər davam etdirilir

Növbəti görüş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında yeni tərkibdə fəaliyyətə başlayan İctimai Şuranın nümayəndələri ilə AMQF rəhbərliyi arasında olub
BAYRAQDAR MEDİA – Aprelin 3-də Azərbaycan Milli QHT Forumunda (AMQF) növbəti görüş keçirilib. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında yeni tərkibdə fəaliyyətə başlayan İctimai Şuranın nümayəndələri ilə AMQF rəhbərliyinin tanışlıq görüşü olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya AMQF-dən məlumat verilib.

Məlumata görə, AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, ictimai şuralarla silsilə fikir mübadilələri xarakteri daşıyan görüşlər “İctimai iştirakçılıq haqqında Qanun”un təkmilləşdirilməsi sahəsində təkliflər hazırlanması üçün vacib əhəmiyyət daşıyır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev, Şuranın fəaliyyəti və planlaşdırılan işlər barədə ətraflı məlumat verib.
Sonda Forum və Şuranın əməkdaşlığının qurulması və inkişaf etdirilməsi qərara alınıb.
Polise.az