İDDİA: Paşinyan “Tezliklə istefa verəcək”

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda istefa verərək, erkən parlament seçkilərinə gedəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının keçmiş deputatı Ovik Ağazaryan deyib.

Siyasətçi bunun səbəbini bildiyini, amma açıqlamayacağını iddia edib:

“Səbəbləri daha səmimi mühitdə deyə bilərəm, belə deməyəcəm”.

Ağazaryan növbədənkənar seçkilərin ilin sonuna qədər baş tutacağını qeyd edib:

“İndi Paşinyanın yenidən hakimiyyəti ələ keçirmək və planlarını irəli sürmək üçün daha böyük imkanları var.

Müəyyən hadisələr var, amma hökumətin növbədənkənar seçkilərə getməsinin başqa səbəbləri də mövcuddur”.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button