“İdrak” liseyində silahlı insident: Şagird müəllimi güllələdi – RƏSMİ AÇIQLAMALAR/YENİLƏNDİ

“İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi tərəfindən güllələnən qadın müəllimin vəziyyətinin ağır olduğu bildirilir.
Teleqraf-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, liseydə riyaziyyat müəllimi kimi çalışan Şəhla Kamilova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
***
10:47
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
.jpg)
***
10:45
“İdrak” liseyi baş verən hadisə ilə bağlı ilk açıqlama verib.
Liseydən Teleqraf-a bildirilib ki, hadisə ilə bağlı dezinformasiyalar yayılır: “Yaxın vaxtda rəsmi məlumat veriləcək”.
***
10:34
Bakıda yerləşən “İdrak” liseyində silahlı insident baş verib.
Teleqraf xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.
Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
Araşdırma başlanılıb.
Qeyd edək ki, bu barədə ilk məlumatı Unikal saytı yayıb.
.jpg)



