İƏT-ə üzv ölkələrin nümayəndə heyətləri Şəhidlər Xiyabanında

Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirləri və nümayəndə heyətləri Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirlər ümummilli liderin məzarı önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər. “Əbədi məşəl” abidəsinin önünə də əklil qoyulub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button