II Qareginin qardaşı “qara siyahı”-ya salındı – Putindən orden alıb, müharibəni dəstəkləyir

Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasının rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin qardaşı arxiyepiskop Yezras (Nersisyan) Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Saytın yaradıcıları, digər məsələlərlə yanaşı, arxiyepiskop Yezrası Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək cəhdində, habelə Rusiya Federasiyasına açıq dəstək verməkdə ittiham edirlər. Bu siyahıya salınanlar Ukrayna ərazisinə buraxılmır.
Qeyd edək ki, bu ilin martında Vladimir Putin arxiyepiskop Yezras Nersisyanı Aleksandr Nevski ordeni ilə təltif edib.
“AzPolitika.info”



