II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar üçün Şuşada gəzinti təşkil edilib
II Qlobal Media Forumunda iştirak edən xarici media nümayəndələri və qonaqlar üçün Şuşada gəzinti təşkil edilib.
“Report”un Şuşaya ezam edilən müxbirinin verdiyi məlumata görə, qonaqlar Şuşanın 30 il işğal zamanı məruz qaldığı dağıntılara baxıblar, tarixi, mədəni, dini abidələrin vandallığa uğradığının şahidi olublar.
İştirakçılara Şuşa azad edildikdən sonra Azərbaycanın apardığı quruculuq işləri barədə məlumatlar verilib, onlar Cıdır düzü, Gövhər ağa məscidi, Şuşa qalası, ASAN Xidmət binası ilə tanış olublar.
Polise.az