İki müttəfiq düşmən olur – Rusiya Çinə qarşı xüsusi bölmə yaratdı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) tərkibində Çini “düşmən” kimi görən və Pekinin addımlarını şübhə ilə izləyən xüsusi bölmənin yaradıldığı iddia edilib.

Teleqraf xəbər verir ki, bu barədə “New York Times” (NYT) qəzeti FSB-yə aid olduğu iddia olunan sənədə əsaslanaraq məlumat yayıb.

Çinin Rusiya üçün “ciddi təhlükəsizlik təhdidi” və “düşmən” adlandırılan sənəddə qeyd olunur ki, xüsusi bölmə Pekinin addımlarını yaxından izləyir.

Sənəddə Çin Rusiya agentləri və elm adamlarını işə götürməkdə, Moskvanın strateji texnologiyalarını deşifrə etməkdə, Rusiya ərazisinə iddiada və Arktika regionunda nüfuzunu bərqərar etməyə çalışmaqda ittiham olunur.

FSB-yə aid olduğu iddia edilən sənəddə bildirilir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan az sonra Çinin müdafiə şirkətləri və kəşfiyyat xidmətlərinin rəsmiləri Rusiyaya gələrək müharibəni daha yaxşı anlamağa çalışıblar.

Çinin PUA və Qərb mənşəli silahların istifadə olunduğu müharibədə texniki məlumat toplamağa çalışdığı yazılan sənəddə Pekinin təyyarə baxımından Rusiyadan geri qalmamağı hədəflədiyi də bildirilir.

Nəşr əlavə edir ki, Çin transsərhəd əməliyyatlarında Rusiyanın “Vaqner” muzdlu qrupunun müharibə təcrübələrindən istifadə etmək istəyir. Həmçinin qeyd olunur ki, Pekinin Rusiya ərazisinə iddiası bəzi çinli akademiklər tərəfindən dəstəklənib.

Pekinin Rusiyanın şərqində qədim Çin icmalarının izlərini axtardığı vurğulanan sənəddə bunun bölgədəki yerli xalqın fikirlərini Çinin iddialarına yaxınlaşdırmaq məqsədi daşıdığı iddia edilir. Həmçinin sənəddə Çinin keçmiş sovet ölkələrində yumşaq güc yaratmaq üçün yeni strategiyalar hazırlaması və bu strategiyaları Özbəkistandan həyata keçirməyə başladığı barədə məlumatlar da öz əksini tapıb.

Nəşr Çinin Rusiyanın Arktika bölgəsindəki əraziləri və yaxınlıqdakı dəniz yollarına da maraq göstərdiyini yazır. Çin agentlərinin Arktikada aktiv şəkildə fəaliyyət göstərdiyi bildirilən sənəddə Pekinin mədən şirkətləri vasitəsilə Rusiyanın bölgədəki irəliləyişlərini izlədiyinə dair fikirlər də yer alır.

 

Polse.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button