İki türk ölkəsi razılığa gəldi: Unqar qırğızlara verilir…

Qırğızıstanla Özbəkistan arasında sərhəd xətti ilə bağlı mübahisəli durum həllini tapıb.

Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidmətinin rəhbəri Qalina Bayterek məlumat yayıb.

O qeyd edib ki, iki ölkə arasındakı mübahisəli məsələnin 3 ay ərzində həll edilməsi barədə razılıq əldə olunub:

“Qırğızıstan sərhədləri daxilində yerləşən Özbəkistanın anklavı olan Soh bölgəsinə quru və hava nəqliyyatının təmin edilməsi qarşılığında siyasi gərginliyin predmeti olan Unqar təpəsi qırğızlara təhvil veriləcək”.

Bayterek bildirib ki, sərhəd probleminin həlli ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək. Digər mübahisəli sərhəd əraziləri isə xüsusi komissiya tərəfindən həll ediləcək.

Hamısını Göstər

Related Articles

Back to top button