İlham Əliyev Kəlbəcərdə dövlət bayrağını ucaldıb
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər və Laçına səfərləri çərçivəsində Kəlbəcər şəhərində də olublar.
Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşıb.
İlham Əliyev bildirib ki, şəhər ermənilər tərəfindən tamamilə dağıdılıb.
Prezident şəhərə girərkən dağıdılmış binaları, tikililəri göstərərək bunların hamısının ermənilərin əməlləri olduğunu qeyd edib.
O vurğulayıb ki, ermənilər şəhərdəki yaşayış evlərini, müxtəlif təyinatlı binaları, obyektləri yerlə yeksan ediblər.
“Bəzi binalarda ermənilər qanunsuz yaşayıb. Burdan çıxanda isə həmin binaları da yandırıblar” – deyə, İlham Əliyev qeyd edib.
Daha sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb.
Paylaşımı təqdim edirik: