İlham Əliyev Latviyadakı səfiri geri çağırdı

Prezident İlham Əliyev Cavanşir Əşrəf oğlu Axundovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az saytı məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Hamısını Göstər

Related Articles

Back to top button