İlham Əliyev: “Naxçıvanla Azərbaycanın əsas hissəsi quru yolla birləşdiriləcək”
Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı bəyanatında Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edilir.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
“Bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda burada göstərilir ki, yeni nəqliyyat, kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, dəstəkləmişik. Mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki bu bəndin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa əlaqəsi yoxdur. Şadam ki, mənim təkidli tələblərim qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı”, – deyə İ.Əliyev bildirib.