İlham Əliyev Putinin açıqlamasını şərh etdi – “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı”
“Ötən gün Vladimir Putin KİV-ə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıqlayıb. Bu, ilk belə açıqlama deyil. Fikrimcə, bu, çox vacib açıqlamadır. Bu, həm də Ermənistandakı 10 noyabr bəyanatını dəyişmək istəyən revanşist qüvvələr üçün də vacib açıqlamadır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.
AzPolitika.info məlumat verir ki, Azərbaycan Prezidenti bildirib ki, Dağlıq Qarabağdakı münaqişə ilə bağlı söhbətdən artıq yalnız keçmiş zamanda danışıla bilər.
“Vladimir Vladimiroviç Putinin “Dağlıq Qarabağ münaqişəsi barədə keçmiş zamanda danışmalıyıq” fikri ilə tamamilə razıyam. Bu, artıq tarixdir”, – deyə dövlət başçısı qeyd edib.
Prezident Ermənistandakı revanşist qüvvələrə Qarabağla bağlı üçtərəfli bəyanata yenidən baxılması cəhdlərinə görə xəbərdarlıq edib.
Dövlət başçısı Vladimir Putinin Qarabağla bağlı açıqlamasını üçtərəfli razılaşmanın həyata keçirilməsinə mane olmaq istəyən qüvvələr üçün “mühüm siqnal” adlandırıb.
“Müsahibədə Vladimir Putinə “Ermənistan bəyanatın şərtlərini yerinə yetirməsə nə olacaq?” sualı veriləndə o, bunun intihar olacağını deyib. Bu, doğrudan da, belədir”, – o qeyd edib.
“Bəyanatın imzalanmasından keçən ayyarım ərzində cəmi 1 atəşkəsi pozuntusu insidenti olub. Bizdə olan məlumata görə, bu, Ermənistan rəhbərliyinin nəzarəti altında olmayan “könüllülər qrupu”, əslində isə yaraqlılar tərəfindən törədilib” – deyə, Prezidenti İlham Əliyev bildirib.
“Həmçinin qeyd etmək istəyərdim ki, Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması işləri gedir. O, bəyanatda da öz əksini tapıb. Mərkəz vəziyyətin müşahidəsini gerçəkləşdirəcək”, – dövlət başçısı xatırladıb