İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Xarıbülbül” Festivalında iştirak ediblər
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.



