İlham Əliyevin BMT çıxışı erməniləri təşvişə saldı

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı erməni politoloqlarının həyəcanına səbəb olub.

Axar.az xəbər verir ki, hakimiyyətyönlü və müxalif olmalarından asılı olmayaraq, əksər politoloqlar İlham Əliyevin çıxışını “ən yaxşı müdafiə hücumdur” siyasəti üstündə qurduğunu və bunu uğurla davam etdirdiyini qeyd ediblər.

Onların fikrincə, Ermənistan baş nazirindən fərqli olaraq, Azərbaycan Prezidenti çıxışının əsas motivini Ermənistanın regionda dağıdıcı fəaliyyəti üzərində qurub və “Azərbaycanın müharibə aqressiyasını” əsaslandırıb.

İlham Əliyevi “diktator” kimi səciyyələndirməyə çalışan erməni politoloqlar əslində Azərbaycan Prezidentinin “qalib ədalı” bu çıxışının dünyanın dəyişən siyasi mənzərəsinə uyğun olduğunu, Bakının mövqelərini gücləndirdiyini də etiraf ediblər. Onların sözlərinə görə, bir il bundan öncəyə qədər Ermənistanın milli ayrı-seçkilik etdiyi, 1 milyondan artıq azərbaycanlını yurd-yuvasından qovduğunu, torpaqları işğal altında saxladığını və BMT TŞ-nin qətnamələrini icra etmədiyini deyən və bunu hər fürsətdə beynəlxalq tribunalardan dilə gətirən İlham Əliyev müharibədə qələbədən sonra da Ermənistanın dağıdıcı, aqressor olması barədə təsəvvürləri formalaşdırmaqda davam edir.

Erməni siyasilərin əsas narahatlığı da elə budur: bir il öncə bu vaxtlar BMT-də çıxış edən Azərbaycan Prezidenti siyasi zəmin hazırladığı tamamlayaraq, torpaqları işğaldan azad etdi. Növbəti çıxışında isə Ermənistanın mahiyyətini bir daha dünyaya göstərərək, yeni təzyiqlərə başlaya bilər.

Hamısını Göstər

Related Articles

Back to top button