İlham Əliyevin nəzarəti və “birbaşa demokratiya”sı

İlham Əliyevin Cəlilabad və Şəmkir rayonlarının rəhbərləri ilə dünənki sensasion söhbətinin ən çox intriqa doğuran hissəsi sonda səsləndi və ictimai nəzarətə həsr olundu. 

Prezident ictimai nəzarət mexanizminin ənənəvi tənzimləyicilər – KİV və QHT, habelə “hakimiyyət-vətəndaş”  formatında interaktiv rabitə vasitəsilə  reallaşmasından əlavə, həm də 22 noyabr 2013-cü il tarixli 816-IVQ  nömrəli “İctimai iştirak” haqqında Azərbaycan qanununun müddəalarının 2019-cu il redaktəsində həyata tətbiq olunmasının zəruriliyini birmənalı şəkildə qeyd etdi. Normativ hüquqi akt “ictimai şura” institutunun fəaliyyətini nizama salır, “ictimai dinləmələr”, “ictimai müzakirələr” kimi anlayışları tətbiq edir.

Qanun “hüquqi aktların layihələrinin onun hazırlanmasında iştirak etmiş şəxslər, habelə vətəndaş cəmiyyəti institutları, ayrı-ayrı vətəndaşlar, ekspert və mütəxəssislər tərəfindən müstəqil qiymətləndirilməsinin” zəruriliyini əsas götürür. 

Prezidentin bəhs etdiyi ictimai nəzarət necə işləyə bilər?

Aydındır ki, praktikada bu cür fəaliyyətə çox nadir halda rast gəlinir, ancaq bu mexanizmin işə salınmasının zəruriliyi ən azından sonuncu parlament seçkilərindən sonra yetişib. 

Üstəlik müasir texnologiyalar da indiyədək ictimai və qeyri-kommersiya hüquqi şəxslərin müstəsna hüququ sayılmış bu fəaliyyətə gözlənilmədən öz düzəlişini edib.  Hazırda dövlətlə vətəndaşın münasibətləri birbaşa, vasitəçilər olmadan, ASAN xidmət sistemi vasitəsilə qurula bilər. 

Bu, necə işləyəcək?

İcra hakimiyyətinə ünvanlanan digər sorğularla yanaşı, ASAN xidməti istənilən növ təşəbbüslərin  toplandığı portal yaradır.

Bu, misal üçün, vətəndaşın məktəb tikmək, su kəmərini çəkmək /təmir etmək, kommersiya sirrini aradan qaldırmaq və ya küçə idmanı ilə məşğul olmaq üçün bağça layihələşdirmək və s. xahişi ola bilər. Həmçinin bu portalda hakimiyyət orqanlarına olan şikayətləri, onların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri, qərarların mübahisələndirilməsini, bir sözlə, istənilən ictimai təşəbbüsü və fəallığı toplamaq mümkündür.

Müvafiq petisiyalara/müraciətlərə imza atanların sayından asılı olaraq məmurlar və ictimaiyyətçilər üçün təşəbbüslərdən hansının praktikada reallaşmasının tələb olunduğu və ya ən azından ictimai müzakirəyə çıxarılmalı olduğu onlayn rejimdə bəlli olacaq.

Bütün bu bilgiləri Bakıdakı hakimiyyət və nəzarət strukturları görəcək, yerlərdəki icra hakimiyyətlərinin fəaliyyətinə düzəlişlər edəcək.

Odur ki, ictimai təşəbbüslər portalı təkcə yerlərdə vətəndaşların sosial fəallığının dinamikasının keyfiyyətli aləti olmayacaq, həm də hakimiyyət orqanlarının fəaliyyəti üçün stimul və müstəqil nəzarətçi rolunu oynayacaq.  Bir sözlə, praktikada birbaşa demokratiya.

Ümid edək ki, prezidentin təklifi həyata keçəcək.

Hamısını Göstər

Related Articles

Back to top button