İlham Əliyev: Avropa ilə Asiya arasında yeni, çoxvektorlu körpünün memarı!

“Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantı müasir Azərbaycanın növbəti uğuru kimi…

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı yalnız bölgəmizdə deyil, bütün dünyada, xüsusilə də Qərb dairələrində böyük marağa səbəb olub. Təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platforma olan  “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı, Azərbaycan üçün xüsusilə məhsuldar olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu toplantı çərçivəsində dünyanın bir sıra liderləri ilə görüşüb, bir-birindən önəmli müzakirələr aparıb. Dövlət başçısı Litvanın baş naziri Gintautas Palukas, Slovakiyanın Baş naziri Robert Fitso, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Çex Respublikasının Baş naziri Petr Fiala, Moldovanın Prezidenti Maya Sandu və digər liderlərlə görüşərək enerji təminatı, iqtsiadi təhlükəsizlik və s. mövzularla bağlı fikir mübadiləsi edib. Bu müzakirələrin hər birində Prezident İlham Əliyev Azərbaycanın qarşılıqlı hörmət və ehtirama söykənən səmimi əməkdaşlıq əzmini ortaya qoyub ki, bu da dövlətimizin bütün planetimizin inkişafında, bütün dünyada sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı olduğunu göstərir.

Dövlətimizin intriqa və qarşıdurmalardan uzaq, milli maraqlarla yanaşı, bəşəri maraq və mənafeylərə hesablanan əməkdaşlıq siyasəti Avropa İttifaqının sabiq rəhbərliyinin anti-Azərbaycan siaysətində nə qədər haqsız və qərəzli olduğunu da təsdiqləmiş olur. Bununla yanaşı, Albaniyada gerçəkləşən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında Azərbaycanın sərgilədiyi aktivlik, irəli sürdüyü yeni əməkdaşlıq təklifləri, eləcə də Avropa dövlətlərinin Prezident İlham Əliyevlə görüşə xüsusi maraq göstərməsi, Azərbaycanın səyi nəticəsində Avropa ittifaqı ilə ölkəmiz arasında yeni, sağlam münasibətlər qurulduğundan xəbər verir. Bu gün Azərbaycan Avropanın bir sıra dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır ki, bu rolun önəmi hər ötən gün daha da artmaqdadır. Hər zaman anti-Azərbaycan mövqeyi ilə tanınan Fransa prezidenti Emmanuel Makronun öz təşəbbüsü ilə İlham Əliyevlə görüşməsi faktı da Avropa İttifaqının ölkəmizə olan marağından xəbər verir.

Bütün bunlar onu deməyə əsas verir ki, Avropa İttifaqı Azərbaycanın Qərb üçün iqtisadi-siyasi önəmini getdikcə daha aydın başa düşməyə başlayıb. Bununla yanaşı, Qərb artıq anlayır ki, Azərbaycan Avropa İttifaqının iqtisadi və enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, həm də bu qurumun Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə əlaqələrində etibarlı tərəfdaş, əvəzedilməz körpüdür. Hansı ki, Avropa ilə Asiyanı birləşdirən, siyasi-iqtisadi müstəvidə əlaqələndirən bu körpü qlobal problemlərin həllində, neqativ meyillərin aradan qaldırılmasında, barışdırıcılıq missiyasının həyata keçirilməsində də aparıcı rola malikdir.

Bir sözlə, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı, bu toplantı çərçivəsində keçirdiyi görüşlər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında yeni mərhələ olmaqla yanaşı, Avropa-Asiya münasibətlərinin irəliləməsi baxımından da  mühüm hadisədir. Bu mənada İlham Əliyevi Avropa ilə Asiya arasıdna yeni, çoxvektorlu körpünün memarı adlandırmaq olar.

Əminik ki, Azərbaycan yaxın gələcəkdə Avropa-Asiya əlaqələrinə yeni töhfələr verməklə ona bəslənən ümidləri artıqlaması ilə doğruldacaq və öz sülhpərvər siyasəti ilə bütün xalqlara sevinc gətirəcək.\Seymur ƏLİYEV Moderator.az\

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button