İlham Əliyev: “Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir”

Prezident İlham Əliyev bəyan edib ki, təyyarə qəzası ilə bağlı cinayət işinin ilkin araşdırması onun səsləndirdiyi versiyanı bir daha təsdiqləyir.
Polise.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə dövlət başçısı xatırladıb ki, hadisə ilə bağlı dövlət Komissiyası yaradılıb, komissiya fəaliyyət göstərir:
“Eyni zamanda, mənim göstərişimlə Azərbaycan prokurorluğu cinayət işi açıb. Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir. Bu barədə ilkin məlumat bizdə artıq dekabrın 29-da var idi və Azərbaycan Televiziyasına vida mərasimindən sonra verdiyim müsahibədə mən həm öz fikirlərimi, eyni zamanda, istintaqın bizə verdiyi məlumatı Azərbaycan xalqına çatdırmışdım. Bildirmişdim ki, Azərbaycan ictimaiyyəti istintaqın gedişatı ilə müntəzəm surətdə tanış olacaq”.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button