İlham Əliyev lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Polise.az xəbər verdiyi kimi bu barədə məlumat dövlət başçısının rəsmi saytında yerləşdirilib.
Sənədə əsasən, Azərbaycanın yeddi şəhərində çoxmənzilli binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 2025-ci il dövlət büdcəsindən şəhər və rayon icra hakimiyyətlərinə 9 milyon 940 min manat ayrılacaq. Maliyyə Nazirliyinə bu məbləğin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
Polise.az