İlk dörd gündə Ermənistanın itirdikləri

İlk 4 gün ərzində Ermənistan ordusunun itirdiyi döyüş texnikasının dəyəri 1.2 milyard dollara bərabərdir.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, bu, gün ərzində 300 milyon dollar deməkdir:

“Nəzərə alın ki, 1,2 milyard Ermənistanın illik dövlət büdcəsinin 3/1-dən çoxdur, strateji valyuta fondunun isə yarısından artıqdır”.

Vüsal Qasımlı deyib ki, rəhbəri olduğu qurum müharibənin ilk 4 gününün təhlilini aparıb. Düşmənin texnika və sursatına vurulan zərbə qiymətləndirlib:

“Qeyd olunduğu kimi, 200 tank və texnika sıradan çıxarılıb. Bir tankın qiyməti dünya bazarında 1,5 milyon dollardır. Söhbət Ermənistanın daha çox istifadə etdiyi T-72 tanklarından gedir.

Düşmənin 300 zenit-raktet kompleksi sıradan çıxarılıb. Bunun da bazar qiyməti 150 milyon ABŞ dollarıdır.

Bundan başqa, düşmənin 2 ədəd Su-25 döyüş təyyarəsi dağa çırpılaraq məhv olub. Bunların hər birinin dünya bazar qiyməti 10 milyon dollardır.

İlk 4 gün ərzində düşmənin 25 hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb. Düşmənin “OSA” hava hücumundan müdafiə sistemindən istifadə edir”.

Ekspert bildirib ki, Ermənistanın dövlət büdcəsində hərbi xərclər 650 milyon dollara bərabərdir. Bu da o deməkdir ki, Azərbaycan Ordusu ilk gündə Ermənistanın illik hərbi büdcəsini darmadağın edib:

“Əməliyyatlarda işğalçı Ermənistanın yüzlərlə hərbi-texniki vasitələri, canlı qüvvəsi məhv edilib. Onsuz da miskin, dilənçi kökündə olan işğalçı dövlətin müharibə nəticəsində iqtisadiyyatının qısa müddətdə tam çökəcəyi proqnozlaşdırılır. Görünən odur ki, Ermənistan hərbi əməliyyatlara tab gətirmədiyi kimi, resurs müharibəsinə də tab gətirə bilməyəcək”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button