İmişli sakinlərindən sənədləri olmayan 3 ədəd ov silahı götürülüb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan  Polise.az-ın  müxbirinə verilən məlumata görə, aparılan tədbirlər nəticəsində son iki gün ərzində rayon sakinləri tərəfindən müvafiq sənədləri olmayan 3 ədəd ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button