İmişlidə DİN-in Daxili Qoşunlarının şəhid olmuş hərbi qulluqçusunun il mərasimi keçirilib

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Abas Şahbazovun il mərasimi keçirilib.

Mərasimdə Daxili İşlər Nazirliyinin təmsiçisi, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, rayon ictimaiyyəti və şəhidin ailə üzvləri iştirak ediblər.

Rayonun Qulubəyli kəndində keçirilən anım mərasimində şəhidimizin məzarı ziyarət olunub, önünə çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Mərasimdə çıxış edənlər Vətən uğrunda şəhid olan igid oğullarımızın şanlı döyüş yollarından, sücaətlərindən və tarixi qələbəmizdən qürurla danışıblar.

 Qeyd edək ki, çavuş Abas Şahbazov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Hamısını Göstər

Related Articles

Back to top button