İnsan Alveri ilə bağlı tədbirlər keçirildi-FOTO

Ötən həftə,DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı və rəhbərliyi ilə Lənkəran şəhər Xarici Dil Təmayüllü gimnaziyada,Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi İnternat məktəbində və sonra Lerik rayon V.İbrahimov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziyada İnsan Alveri qurbanlarının müəyyən edilmə üsulları;Potensial qurbanlara ilkin yardım və dəstək mövzusunda təlim xarakterli geniş tədbir keçirilmişdir.
Şagird və müəllimlərin iştirak etdiyi yığıncaqda İnsan alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Vamiq Naməndzadə və “Polisə Dəstək”İctimai Birliyinin sədri Şəmsəddin Əliyev mövzu ətrafında izahlı çıxış edərək Transmilli Mütəşəkkil Cinayətkarlığın qarşısının alınması və həssas qrupların bu cinayətlərin potensial qurbanlarına çevrilməməsi üçün müvafiq tövsiyyələr veribıər.
Ölkədə ictimai təhlükəsizliyin,habelə vətəndaşların iradə azadlığına və fundamental hüquq və azadlıqlarına yönələn qəsdlərin qarşının alınması sahəsində birgə həyata keçirilən maarifıəndirici tədbirlər səmərə verir.
Sonda verilən suallar mahiyyəti üzrə cavablandırılmışdır.
Növbəti birgə tədbirlər ADPU-nun Cəlilabad filialında ,Masallı Fövlət Regional Kollecində və sonda AFPU-nun Şamaxı filialında davam edəcəkdir
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button