“İnsan alveri qurbanlarına yanaşmada peşəkarlığın artırılması vacibdir” – Eynulla Xeyrullayev
Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev QHT.az-a verdiyi açıqlamada insan alveri ilə mübarizə və qurbanların reabilitasiyası sahəsindəki fəaliyyətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, bu sahədə hələ də bəzi çatışmazlıqların mövcud olduğunu qeyd edib:
“Bizdə peşəkar sosial işçilərin və psixoloqların çatışmazlığı, həmçinin qurbanlara yanaşmada standartların olmaması kimi problemlər mövcuddur. QHT-lərin koordinasiya və fəaliyyətində də bəzi zəif tərəflər var. Ancaq hörmətli Mehriban Zeynalovanın rəhbərliyi ilə Koalisiyanın peşəkarlaşması bu istiqamətdə ciddi irəliləyişlərə yol açır. Qurbanların reabilitasiyası, inteqrasiyası və hüquqlarının müdafiəsi sahəsində normativ qaydalar hazırlanmalı və peşəkar standartlara əməl edilməlidir.”
QHT sədri əlavə edib ki, dünyada baş verən sürətli dəyişikliklər, o cümlədən süni intellektin artan təsiri, insan alveri ilə mübarizədə yeni yanaşma və metodların tətbiqini zəruri edir. Təlimlərin və biliklərin artırılması üçün bu mövzular gündəmdə saxlanılmalıdır.
Polise.az