İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi mühüm əməliyyat: məşhur TikToker həbs edildi

Sosial şəbəkələrdə “Enoor” adı ilə tanınan Elnar Quliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində o, istintaqa cəlb olunub.
“Real Azərbaycan”ın əldə etdiyi məlumata görə, Elnar Quliyevə qarşı Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsi ilə – insan alveri, yəni zor tətbiqi, hədə-qorxu və digər məcburetmə vasitələri ilə törədilən əməllərlə bağlı ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rəsmi ittiham sübuta yetirilərsə, Elnar Quliyevi 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Polise.az



