“İnsan alverinə qarşı mübarizə daim diqqət mərkəzindədir” – Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova: QHT.az-a özəl açıqlamasında insan alveri probleminin həlli üçün davamlı yeniliklərin izlənilməsinin və qanunvericilik bazasının təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

“Azərbaycanda insan alveri ilə mübarizə sahəsində kifayət qədər formalaşmış struktur və kadr potensialı mövcuddur. Ölkə artıq 5-ci Milli Fəaliyyət Planının qəbuluna hazırlaşır. Lakin insan alveri elə bir problemdir ki, daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq mütəşəkkil qruplar və sindikatlar bu sahədə yeni yollar və üsullar axtarır, buna görə də qanunvericilik və mübarizə alətləri yenilənməlidir. Məsələn, son dövrlərdə insan alverinin rəqəmsal cəlb etmə üsulları ortaya çıxıb və buna uyğun tədbirlər görülməlidir.”

Mehriban Zeynalova bildirib ki, hazırda ölkədə 20-dən çox QHT insan alveri qurbanlarına dəstək mexanizmlərini həyata keçirir. İnsan alverinə qarşı mübarizə Baş idarəsi tərəfindən reabilitasiya və reinteqrasiyaya istiqamətləndirlir.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button