İnsan alverinə qarşı mübarizə sahəsində sosial proqramların yenilənməsi təklif olunur

“İnsan alveri cinayətləri ilə əlaqədar dünyada cinayətlər çoxalır, qurbanların çoxu – 80 faizi isə sosial şəbəkələr vasitəsilə tora salınır”.

Polise.az  xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, sosial şəbəkələrin inkişafı Nazirlər Kabinetinin insan alveri qurbanlarının müəyyən edilməsi Qaydalarının (indikatorları) köhnəlməsinə gətirib çıxarıb:

“Hazırda bu indikatorlar müasir tələblərə cavab vermir və qaydanın yenilənməsini təklif edirik. Həmçinin insan alveri ilə bağlı mübarizə sahəsində sosial proqramların da yenilənməsi vacibdir”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button