İnsan alverində ittiham olunan iki qadın axtarışa verildi – FOTO

Bakı şəhər Baş Polis İdarəsi insan alverində ittiham olunan iki qadını axtarışa verib.
Polise.az-ın xəbərinə görə, bunlardan biri Cəfərova Esmira Sabir qızıdır.
Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsilə axtarış elan olunub.

Məmmədova Gülnarə Vladimir qızı barəsində Cinayət Məcəlləsinin 144.1.1-ci maddəsi ilə axtarış elan edilib.

Polise.az