İnsult riski buna görə artıb
“Ətraf mühitin, təbii ki, insan orqanizminin funksiyalarına əhəmiyyətli təsiri var”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instagram səhifəsində Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq, insult üzrə mütəxəssis Pərvin Allahyarova açıqlayıb.
Onun sözlərinə görə, ekoloji təhlükəsizlik məsələləri ölkəmiz üçün prioritet istiqamətlərdən biridir:
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nəhəng ekoloji konfransının bu il məhz Azərbaycanda keçirilməsi bunu bir daha təsdiq edir”.
P.Allahyarova “İqlim dəyişikliyi və insult” mövzusuna dair bir çox tədqiqatların aparıldığını qeyd edib:
“Bildiyimiz kimi, havanın çirklənməsi qlobal istiləşmə ilə əlaqəli məsələlərdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən məlumatlara görə, hava çirklənməsinə məruz qalma insult riskini artırır. Hazırkı iqlim dəyişiklikləri səbəbindən suyun duzluluğun artması da gözlənilir. Bu da, öz növbəsində, arterial təzyiqin yüksəlməsinə, nəticə etibarı ilə də insult riskinin artmasına səbəb ola bilər”.
Polise.az