“İnternet əsri” yeni idarəçilik qaydaları tələb edir
Vaqif Bəhmənli, şair:
Xəbər verildi kı, Xəzər dənizinin müvafiq sektorunda enerji ehtiyatlarının birgə tədqiqi və istismarı ilə əlaqədar Azərbaycan və Türkmənistan arasında müqavilə imzalanıb. Xoşbəxtliyə bərabər bir duyğu keçirdim. Bu olay ən azı 20 il öncə olmalıydı. Hər iki xalq üçün iqtisadi mənfəətlər öz yerində, mən gəzib tanıdığım dərəcədə dünyanın heç bir kəsimində adətlər, dil, xasiyyət, kişilik, mərdlik, sədaqət… baxımından bir-birinə bu qədər yaxın olan iki xalq görmədim. Mən uzun illər öncə Aşqabadı, Taşau- zu… özümün dədə-baba yurdum kimi dolaşdım. Allahın kərəminə şükür! İndi deyə bilərik ki, biz bir millət, 3 dövlətik! Davamı gəlsin! Xeyirli- uğurlu olsun! Prezidentimiz İlham Əliyevin atdığı hər bir addımda xüsusi məna var!
Elşən Mustafayev, sosial şəbəkə istifadəçisi:
1913-cü ildə Azərbaycanda 45 min hektar ərazidə düyü əkilir və hətta qonşu regionlara belə düyü ixrac edilirmiş. Bəs indi çəltikçilik ilə bağlı ölkədə vəziyyət necədədir? 2020-ci ildə cəmi 3 min hektar çəltik sahəsi olub, təxminən 10 min ton düyü yığılıb. Ölkənin düyüyə illik tələbatı isə 40 min tondur. Demək, hər il on milyonlarla dollar məbləğində düyü idxal edirik. Əslində, plovu şah yeməyi sayılan ölkə üçün bu rəqəm gülməli görünür (illik buğda tələbatımız, məsələn, 3 milyon tondur, müqayisə üçün). Çəltikçilik üzrə 2018-ci ildə qəbul edilmiş dövlət proqramı var (“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”) hədəflər qoyulub (10 min hektar əkin sahəsi və 40 min ton məhsul), lakin görünən odur ki, biz bu hədəfə çatmaq çox çətin iş kimi görünür.
Qarabağın yenidən dirçəlişi üçün bir xeyli kənd və yaşayış məntəqələrinin birləşdirilməsi, qruplaşdırılması nəzərdə tutulur. Eşidirəm ki, bu mövzuda bəzi qarabağlılar artıq narazıçılıq və narahatçılıqlarını gizlətmirlər. Əslində, Azərbaycanərazisində son 70- 80 ildə yüzlərlə, minlərlə yaşayış məntəqəsi yox olub, birləşib’ və ya qruplaşdırılıb.’_On~7fnhlərlə insan kö- çürülüb, başqa peşələrə yönəldilib, daha iri məntəqələrdə məskunlaşdırılıblar. 1939-cu ildə Azərbaycanda olan 7,5 min kənd yaşayış yeri var idi, 1968-ci ildə isə 4,3 min. Demək, Azərbaycanda qısa müddətdə 3,2 min kənd yaşayış məntəqəsi ləğv edilib, bu kəndlər kolxoz və sovxozlara görə daha iri məntəqələrim tərkibində qruplaşdırılıb. Buna görə də əgər əvvəllər bir kənddə orta hesabla 270 nəfər yaşayırdısa, Sovet Azərbaycanı bu rəqəmi məhz bu qruplaşdırmalar sahəsində 550 nəfərə çatdırmışdı. Bəzən isə bu siyasətə görə kənd əhalisi bəzi yerlərdə 10 min nəfərə çatır və keçirdi. Hiking edən dostlar tez-tez belə keçmiş kənd qalıqlarına rast gəlirlər.
Elçin Mirzəbəyli, Əməkdar jurnalist:
– Rusiyada keçirilən aksiyalarla bağlı sosial şəbəkələrdə fırtına qoparan, Navalnı “sevdasına” tutulan azərbaycanlıların nəzərinə:
Aleksey Navalnı 2008-ci ilin avqustunda Abxaziya və Cənubi Osetiya problemlərinin güc yolu ilə həllinin tərəfdarı kimi çıxış’edır və~Rusiyanın Gürcüstana hərbi müdaxiləsini dəstəkləyirdi.
Sitat: “Müasir şərtlərdə nüfuz yalnız gücə və bu gücün ağılla, harada lazımdırsa, orada tətbiqinə söykənir. Əminəm ki, indi bu (güc tətbiqi – E.M), lazımdır”. Bundan öncə isə Navalnı Osetiya və Abxaziyaya hərbi və maliyyə yardımı göstərilməsi təşəbbüsünü irəli sürür, Rusiya hökumətini bu ərazilərin hava makanmi bütün uçuşlar üçün bağlı elan etməyə, bu ərazilər üzərindən uçuş heyata Keçirən ud» verələri vurmağa, Gürcüstanı tamamilə blokadaya almağa, bütün Gürcüstan vətəndaşlarını Rusiyadan çıxarmağa. Gürcüstanla bütün əlaqələri kəsməyə çağırırdı.
Aleksey Navalnı saxta demokrat brazlı radikal rus millətçisidir.
Aleksey Navalnının Gürcüstanla bağlı sərgilədiyi mövqe onun postsovet məkanına və Rusiyanın maraqlarına baxışlarını ifadə edir.
Bu qədər… Nəticə çıxarmaq istəyən çıxarsın.
Bu saxta “inqilab” isə gerçək dəyişiklik cəhdlərini tarixin arxivinə göndərəcək.
Xaqani Səfəroğlu, jurnalist:
– Rusiyada keçirilən Navalnıya dəstək aksiyasına bizdə verilən bir sıra reaksiyalar çox əcaibdir. Bir aksiya ilə Putinin vəzifəsindən gedəcəyini düşünmək sadəlövhlükdür.
Orası dəqiqdir ki, Putin iqtidarda oturma müddətinə görə rəhmətlik Brejenvi də ötüb.
Putinin hakimiyyəti üçün bu gün təhlükə yoxdur. Əksinə, onun bir sıra məsələlərdə uğurları da ortadadır.
Bəs Kremli qorxudan nədir?
Bugünkü aksiyaya bütün Rusiya- boyu 80 minə yaxın adam çıxıb. 7-8 il əvvəl isə təkcə Moskvada Bolotnya meydanında 100 min etirazçı çıxmışdı.
Amma Putin yenə postunda qaldı.
Kremli qorxudan kasıb ruslar deyil. Putin üçün əsas təhlükə informasiya texnologiyaları və orta təbəqədir. Futurist tədqiqatçılar hələ 10 il əvvəl proqnoz verirdilər ki,^internet və ın- formasiya texnologiyalarına çatımlılıq orta təbəqəni hakimiyyət üçün əsas problem yaradan faktora çevirəcək.
İnformasiya insana müqayisə etmək imkanı verir. Vətəndaşlar əvvəl dövlət TV-lərinin təqdim etdiyi informasiyaya baxırdılar, onların seçim imkanı yox idi. Bu gün OTT sistemi – İnternet, Yutub, sosial şəbəkələr, portallar alternativ platforma kimi vətəndaşa özünün seçdiyi xəbəri oxumaq şansı verir.
Orta təbəqə təhsillidir, iqtisadi imkanı var… Amma imkanlarının buxov- landığını düşünür. Onun əvvələr əlində olmadığı resurs – daha yaxşı ölkə reseptini müzakirəsi üçün alternativ informasiyası var.
Hakimiyyət bunun qarşısında acizdir.
Bu, böyük təzyiq dalğası yaradır, hakimiyyətdən sosial, siyasi müstəvidə diqqətli olmağı tələb edir. Böyük informasiya aynası hamını göstərir, ictimai rəyi formalaşdırır, qəzəbi yönəldir, qəhrəmanı ortaya qoyur.
Heç bir pul, mənsəb bunun qarşısını ala bilməz.
Kreml üçün ən böyük təhlükə budur: İnformasiya texnologiyalarının istənilən problemi həndəsi silsilə ilə artırmaq gücü var.
Strukturlaşmış siyasi qurumu olmayan adamı ulduza çevirə bilir.
“Navalnı faktoru” bariz nümunədir: Heç bir partiyaya rəhbər olmayan, proqramı bəlli olmayan, ideoloji “divarı” olmayan bir şəxs informasiyanı “barıt çəlləyinə” çevirir, bir çağırışı ilə 100 min adam küçəyə çıxır.
“İnternet əsri” yeni idarəçilik qaydalarını tələb edir. Bu qaydalar orta təbəqənin maraqlarını müdafiə, sosial ədalət, gəlirlərin ədalətli bölünməsidir. Onlayn eranın bu tələblərini başa düşən hakimiyyət həmişə rəqibindən bir addım qabağda olacaq.
İradə Tuncay, Əməkdar jurnalist:
Adam ilk professional vokal ifaçı olub, opera müğənnisi olub, İtaliyada təhsil alıb… Elə sözlər yazırlar dünəndən… Guya donos yazanlardan fərqlidirlər… Paxıllıq milləti içindən yeyib- bitirib… Polada görə nifrət…
Bayaqdan Arno Babacanyanın 100 illiyinə aid proqrama baxırdım. Hə də ermənidi axı… Onu necə yüksəldirlər…
Vilayət Quliyev, filologiya elmləri doktoru:
Şübhəli erməni mənbələrini bir kənara buraxsaq, əksər tarixi qaynaqlarda Şuşanın əsasının qoyulması 1750-1752-ci illərə aid edilir. “İslam ansiklopedisi”, “Britannica” və s. mötəbər nəşrlər, eləcə də XIX əsrə dair tarixi məxəzlər 1752-ci ilə daha çox üstünlük verir. İstənilən halda, 2025- 2027-ci illərdə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın bina edilməsinin 275 illiyi tamam olur. Şuşanı hələ də tarixi erməni şəhəri, erməni mədəniyyətinin beşiyi sayanların sər- səmləmələrinə son zərbə endirmək, Qarabağa haqqımızı və sevgimizi dünyaya göstərmək üçün qarşıdan gələn illərdə işğalçıların dağıtdıqlarını, saxtalaşdırdıqlarını əslinə uyğun bərpa etməklə bir sırada öz simasını, mənəvi atmosferini qoruyub saxlamaqla yenidən Qarabağın incisinə çevriləcək bir şəhər qurmaq lazımdır. Qoy 2027-ci il yeni Şuşanın dünyaya təqdim ili olsun!
Alqış Musayev, jurnalist:
Bülbül özü özünü yaradıb. Onun mədəniyyət tariximizdəki yerini nazir, səfir Polad Bülbüloğlu müəyyən etməyib. O yeri ilk peşəkar ifaçı, opera müğənnisi kimi Bülbül özü qazanıb.
Onun oğlu Polad Bülbüloğlü mə- murlaşmış, siyasiləşmiş şəxsdir. Səhvləri ola bilir. Çünki… Vəzifə, səlahiyyət təkcə həsəd, rəğbət yaratmır, həm də intriqalar doğurur. Böyük sənətkarımız Bülbül heç bir halda həmin intriqaların hədəfinə çevrilməməlidir.
İlqar Rəsul, jurnalist:
Polad Bülbüloğlunun Şuşaya getməsi, ata evinə baş çəkməsi və bu prosesdən görüntülərin yayımlanması təbliğat baxımından təqdirəlayiq hadisədir. Polad Bülbüloğlu təxminən 300 milyon əhaliyə malik ərazidə kifayət qədər tanınan və rəğbət bəslənilən adamdır.