İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunub

Parlament İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.

Polise.az  xəbər verir ki, qanun layihəsi Milli Məclisin mayın 31-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, sənədə yeni 405-1-ci və 451-1-ci maddələr əlavə edilir. Dəyişikliklərə görə, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Habelə, məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana verilməməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

Sənəddə, həmçinin bildirilir ki, “Tütün və tütün məmulatı haqqında” Qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button