İordaniyanın Azərbaycandakı səfiri Ermənistana silah satışına görə XİN-ə çağırılıb

Bu gün İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə XİN-in Mətbuat xidməti idarəsidən məlumat verilib. 

Xarici İşlər Nazirinin müavini Araz Əzimov ilə səfir Sami Abdulla Goşeh arasında görüş keçirilib.

Görüşdə A.Azimov İordaniya səfiri ilə bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə edib.

Nazir müavini Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılmadığı və hələ də ərazilərimizin beşdə birinin düşmən işğalı altında qaldığı, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətində yaşadığı və Ermənistanın iki dövlətin beynəlxalq sərhədində sonuncu hərbi təxribatının bu ölkənin təcavüzkar niyyətindən əl çəkmədiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirdiyi bir vaxtda İordaniya tərəfinin işğalçı ölkəyə silah satması ilə bağlı yayılan xəbərlərin geniş ictimaiyyətdə narazılıqla qarşılandığını səfirin diqqətinə çatdırıb.

İordaniya səfiri Azərbaycan tərəfinin narahatlığını anladığını qeyd edib. Azərbaycanla mövcud olan əlaqələrin strateji xarakterini nəzərə alaraq, mövcud narahatlığın aradan qaldırılması üçün bütün səylərini göstərəcəyini vəd edib.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button