İrəvan 102-ci bazanı Azərbaycan sərhədinə daşımaq istəyir
Ermənistan Rusiyanın bu ölkədə yerləşən 102-ci bazanın potensialının genişləndirilməsində maraqlıdır.
Bunu “RİA Novosti”yə müsahibəsində Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan deyib. O, Ermənistanın hər zaman bunda maraqlı olduğunu bildirib:
“Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən regionda mövcud hərbi-siyasi reallıqlar nəzərə alınıb və bazanın silahlanmasının gücləndirilməsi yolunda doğru addımlar atılıb. Mən əminəm ki, bu proses uzunmüddətli xarakter daşıyacaq”.
Bununla belə Arutyunyan Rusiyanın Ermənistana əlavə hərbi dəstələr yerləşdirməsinə ehtiyac olmadığını söyləyib.
Arutyunyan, həmçinin İrəvan və Moskvanın 102-ci bazanın müəyyən hərbi birliyinin Ermənistanın şərqinə dislokasiya olunması imkanlarıyla bağlı məsələ üzərində çalışdığını deyib.
O, Ermənistanda olan Rusiya sərhədçilərinə əlavə funksiyaların verildiyini da vurğulayıb.