İrəvan Rusiya ilə müzakirə aparır: Qarabağa əcnəbilərin girişi…
Ermənistan Rusiya ilə Qarabağ ərazisinə əcnəbilər üçün yeni buraxılış məntəqəsinin təşkili barədə müzakirə aparır.
Bunu “RİA Novosti”yə müsahibəsində Ermənistanın diaspor ilə iş üzrə nümayəndəsi Zare Sinanyan deyib. O, bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə müzakirə etdiyini söyləyib.
Sinanyan Rusiya və Ermənistan vətəndaşlığı olmayanların bununla bağlı problemlər yaşadığını bildirib:
“Hazırda yeni rejim belədir. Əvvəlcə Qarabağın Ermənistan nümayəndəliyinə 7 gün əvvəldən ərizə vermək lazımdır. Sonra siyahı Rusiya sülhməramlılarına göndərilir və daha sonra kimin gəlib-gəlməyəcəyi müəyyən edilir”.
Qeyd edək ki, Laçın dəhlizindən Qarabağa yalnız MDB vətəndaşları buraxılır. Halbuki 10 noyabr 2020-ci il bəyanatına əsasən bu dəhliz yalnız Qarabağda yaşayan ermənilər üçündür.
Hazırda bununla bağlı Ermənistanın Rusiya ilə müzakirə aparmasının özü də qəribədir.