İrəvan yeni “iştaha” düşür: Bakı izn verməyəcək

Məğlubiyyətin gətirdiyi çarəsizlik və bədbinliyi aradan qaldırmaq üçün Ermənistan mediası son günlərdə müxtəlif dezinformasiyalar yaymağa davam edir. Bu mövzulardan biri də guya bu yaxınlarda yenidən bərpa ediləcək İrəvan–Xankəndi uçuşlarıdır.

Erməni media qurumlarına danışan Ermənistan Mülki Aviasiya Komitəsinin keçmiş rəhbəri Artyom Movsesyananın sözlərinə görə, bu uçuşlar aviasiya nöqteyi-nəzərindən faktiki olaraq mümkündür.

Başqa bir erməni ekspert Dmitri Adbasyan isə məsələyə siyasi yöndən yanaşıb:

“Bəli, bu uçuşlar faktiki olaraq mümkündür, hətta deyərdim ki, siyasi olaraq da bizim qabağımızda İrəvan – Xankəndi uçuşunu gerçəkləşdirmək üçün heç bir maneə yoxdur, biz sadəcə bunu istəməliyik. Məsələ bu qədər bəsitdir”, – deyə o bildirib.

Qarabağda hava limanlarından tərəflərin istifadəsi məsələsini Axar.az üçün şərh edən “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə isə bu sözləri qeyd edib:

“Erməni mütəxəssislər yenə əsassız pafoslar irəli sürür. Azərbaycan hava məkanına daxil olmaq və Azərbaycan ərazisində yerləşən hava limanlarından istifadə etmək üçün Beynəlxalq Mülki Aviasiya Agentliyinin tələblərinə görə, yalnız Azərbaycan Respublikasının icazəsi lazımdır. Qarabağda yerləşdirələcək sülhməramlı qoşunlar, o cümlədən, atəşkəsə nəzarət komitəsi bu və ya digər mövzularda Azərbaycanın daxili işlərinə qarışa bilməz, heç bir şəkildə nəyisə diktə edə bilməzlər. Lakin Azərbaycana məxsus təyyarələr Qarabağdakı istənilən hava limanından tam sərbəst şəkildə istifadə edə bilərlər. Çünki bu, bizim üçün ölkədaxili uçuş hesab olunur”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button