İrəvanda 4,7 bal gücündə zəlzələ olub

İrəvanda 4,7 bal gücündə zəlzələ baş verib.

“Sputnik Armenia”ya istinadən verilən xəbərə görə, hadisə bu gün saat 15:29-da qeydə alınıb.

Zəlzələnin episentri İrəvanın 8 km cənub-şərqində, 10 km dərinlikdə olub.

Episentrdə zəlzələnin gücü 6-7 bal təşkil edib.

Araqatsotn, Ararat, Şirak, Armavir və Vayots Dzorda isə zəlzələ 3-4 bal gücündə olub. 

Hamısını Göstər

Related Articles

Back to top button