İrəvanda Hitlerçi caninin heykəli niyə sökülmür?

Faiq Ələkbərli: “Bu muzey dünyanın gözünə pərdə asmaq məqsədilə açılıb, əslində Ermənistan faşizimə xidmət etməkdən imtina etmək istəmir”

Ermənistanın apardığı dövlət siyasətinin mahiyyətini bütün dünya bilir. Neofaşizmin, yəni “yeni faşist” cərəyanının təsiri altında İrəvanın mərkəzində Hitlerin əlaltıları olmuş Qaregin Njdeyə, “Dro” ləqəbli Drastamat Kanayana, eləcə də başqa daşnaklara abidələr qoyan Ermənistan hökuməti indi də özünü İkinci Dünya müharibəsində həlak olan və itkin düşən Sovet əsgərlərinin təəssübkeşi kimi qələmə verir.

Belə ki, Ermənistan Hollandiyada “Sovet Əsgərləri Muzeyi” (“Sovjet Ereveld Experience”) açıb.

Muzeyin Hollandiyada dəfn edilmiş, uzun müddət taleyi naməlum qalan sovet əsgərlərinə həsr olunduğu yazılır. Qeyd olunur ki, Ermənistanın açdığı bu muzey Sovet İttifaqından olan 865 əsgərin dəfn olunduğu “Sovet Şöhrət meydanı” memorial kompleksindən qısa bir məsafədədir.

Ermənistan Hollandiyada İkinci Dünya müharibəsinin 80 illiyi ilə bağlı muzey açıb və özünü “sülhpərvər” göstərməyə çalışır. Halbuki, faşistlərlə əlbir işləyən, Sovet əsgərlərinə qarşı döyüşən, əli minlərlə günahsız insanın qanına batan daşnakların heykəllərini hələ də Ermənistanda saxlayırlar. Njdenin, Dronun heykəlləri göstərir ki, Ermənistan neofaşzimi yayan ölkədir.

Ermənistan nə faşizm ideyalarından əl çəkib Njde kimilərinin heykəllərini söküb atır, nə də Sovet əsgərlərindən, bunu necə anlamaq olar?

Yeri gəlmişkən, SSRİ dağılandan sonra İkinci Dünya müharibəsinə həsr olunan abidələrə qarşı Ermənistanda böyük bir dalğa başladı, heykəllər söküldü, müharibə veteranlarının bütün imtiyazları ləğv olundu, bir sözlə, bu ölkə bütövlükdə İkinci Dünya müharibəsində iştirakını təkzib etməyə çalışdı. Siyasətləri bu şəkildə davam etdi ki, İkinci Dünya müharibəsində Hitlerə qarşı döyüşənlər düşmən elan edildi, Hitlerin əlaltıları, nasist ideologiyasının daşıyıcıları “qəhrəmana” çevrildi, hər yerdə heykəlləri qoyuldu. Hətta Ermənistan uzun müddət Faşizm üzərində qələbəni qeyd etmədi, Moskvada keçirilən rəsmi paradlara qatılmadı. Faşizim üzərində Qələbənin 80 illiyi ərəfəsində Ermənistan birdən-birə Hollandiyada muzey açdı. Bütün bunların arxasında gizlin məqamların durduğu aşkardır.

“Dünya ictimaiyyəti Ermənistandan faşist əlaltılarının abidələrini sökməyi tələb etməlidir”

Fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın çoxprofilli siyasət yürütməsi bu günün işi deyil, onlar bütün istiqamətdə öz siyasətlərini yeritmək üçün çalışırlar. “Ermənistanın bir tərəfdən özünü faşizmin əleyhdarı kimi qələmə verməsi, digər tərəfdən də faşist əlaltılarını geniş təbliğ etməsi onun riyakarlığını, necə təhlükəli olduğunu ortaya qoyur. Bu, erməni xislətidir, erməni siyasətidir və buna da təbii baxmaq lazımdır. Yəni burda təəccüblü heç nə yoxdur. Erməni siyasətində hər şəraitə uyğunlaşma var. Haylar (ermənilər) belə hesab edirlər ki, bütün ideyalardan özləri üçün istifadə edə bilərlər, o üzdən, gah faşizm, gah liberalizm, gah demokratiya donuna bürünürlər. Məqsəd də bütün bunlardan ermənizm üçün istifadə etməkdir. Ermənistanın Hollandiyada Sovet əsgərlərinin xatirəsinə muzey açmasında qeyri-adi bir hal yoxdur. Demək indi onlara özlərini faşizmin əleydarı kimi qələmə vermək lazımdır, bununla özlərinə dəstək qazanmaq istəyirlər, özlərini bu şəkildə tanıtmağa nail olmaq məqsədi güdürlər. Bununla göstərmək istəyirlər ki, guya faşizmin əlehinə olublar, faşizim üzərində qələbədə guya ermənilərin də payı olub. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, Ermənistanda Njdenin, Dronun abidələri var, bunu başqa cür yozurlar, guya erməni xalqına xidmət kimi qələmə verirlər. Ermənistan İkinci Dünya müharibəsində ermənilərin faşistlərin yanında dayanmasını xüsusi şəkildə təbliğ edir. Görün, nə qədər ziddiyyətli yanaşmadır”.

F.Ələkbərli hesab edir ki, ermənilərin çoxüzlü, məkrli siyasətini bütün dünyada ifşa etmək lazımdır. Erməniçiliyin necə dəhşətli, təhlükəli bir məsələ olduğunu deyən F.Ələkbərli bildirdi ki, biz onların iç üzünü açıb ortaya qoyuruq. Siyasi şərhçi qeyd etdi ki, əslində dünya xalqları ermənilərin əsl mahiyyətini bilir, sadəcə ayrı-ayrı dövlətlər onlardan öz məqsədləri üçün alət kimi istifadə edir. “Bu muzey dünyanın gözünə pərdə asmaq məqsədilə açılıb, əslində Ermənistan faşizimə xidmət etməkdən imtina etmək istəmir. Çünki faşizm ideyası ilə daşnak ideyası bir-birini tamamlayır. Bu gün Ermənistanda alovlanan revanşizm ocağı bunun göstəricisidir. Dünya ictimaiyyəti Ermənistandan faşist əlaltılarının abidələrini sökməyi tələb etməlidir. Holandiyada “Sovet Əsgərləri Muzeyi” açıb özünü antifaşist kimi qələmə verən Ermənistan əslində neofaşizmin əsas ünvanlarından biridir. Bu baxımdan, dünya bu ünvanın birdəfəlik silinməsini tələb etməlidir. Ermənistanın bu çoxbaşlı oyunlarına son qoyulmasa, erməni faşizmi nəinki bölgə, elə Avropanın, dünyanın başqa qitələrinin də bəlasına çevriləcək”.

F.Ələkbərli bildirdi ki, Azərbaycan Ermənistandan fərqli olaraq birüzlü siyasət yürüdüb, həmişə getdiyi yolla irəliləyib, insanlıq, ədalət, bəşəriyyət uğrunda fəaliyyət göstərib, sülhün, ədalətin təmin edilməsi istiqamətində öz sözünü deyib.

F.Ələkbərlinin fikrincə, biz öz addımlarımızla bizi əsassız ittiham edənlərə layiqli cavab veririk ki, bizim yolumuz bu olub, ancaq bizə qarşı təbliat aparanların, başqa cür qələmə verənlərin əsl mahiyyəti budur, onlar yeri gələndə antifaşist, yeri gələndə isə Hitlerçi olurlar, gündə bir dona düşürlər. “Ermənistan yeri gələndə neofaşist, nasist, yeri gələndə isə antifaşist olmağı bacarır, hər cür dona girir, bu isə dünyanın diqqətindən yayınmamalıdır” – deyə F.Ələkbərli vurğuladı. /Bakı xəbər/

P.S: QARAGİN  NİJDE HƏM DƏ “EHTİRASLI GÖZƏLÇƏ” İMİŞ

Hayların baş kəsib qan tökən milli həm də ehtiraslı gözəlçə olaraq “tarix” yaradıblar. Bunu oxuduğum bir araşdırmada bir daha anladım  və kimliyi bizlərə də bəlli olan məşhur “hay qəhramanları”nın gerçək  üzünü siz oxucularla da paylaşmaq qərarına gəldim. Qaragin Nijde “Sünik xilaskarı” adlandırdıqları milli qəhrəmandır. Türk ulusuna aşırı nifrəti ilə seçilən bir “tarixi şəxsiyyət” əslində on minlərlə Osmanlı və Azərbaycan türkünün qətlə yetirilməsində birbaşa günahkar sayılan, Zəngəzur və Yelizavetapol (Gəncə) qəzalarında günahsız insanları qətlə yetirən Andranik Ozanyanın komandiri olmuşdu. Hayların bildiyi, lakin etiraf etmədiyi bir gerçək daha var, belə ki, bu xalq qəhrəmanı Qaregin həm də bədii şəkildə desək, “gecə əzabları”nı sevən  “ehtiraslı gözəlçə”imiş.

Onun kimliyi haqqında   ilk dəfə rus bolşevik ordusunun Lev (Leyba) Davidoviç Bronşteyn də yazır.

Belə ki, Lev Davidoviç 1913-cü ilin 15-də Nijdenin komandiri olduğu dəstə ilə Bolqarıstanda Məhrəmli adlı türk kəndinə hücum edərək yüzlərlə günahsız insanı qətlə yetiri. “Şücaətin”ə görə ordenlərlə mükafatlandırılan Lev Trotski bolqar sosial-demokratlarına ünvanladığı  məktubunda yazırdı:

“Yoldaş Nijdenin əməllərini duydum və onunla bəlkə də fəxr etmək olardı. Hər halda o, imperialistlərə qarşı pis vuruşmur. Lakin yoldaşlar bildirirlər ki, döyüşdən sonra yoldaş Nijde iki türk gəncini öldürməməyi əmr edib, onları müvəqqəti qərargah etdiyi kəndli daxmasına aparıb. Mənə çatan məlumatlara görə, yoldaş Nijde həmin axşam o türk gənclərdən onu “sevmələrini” tələb edib, özü qadın paltarı geyinib və səhərədək “təcavüzə” məruz qalıb. Səhər açılanda isə həmin türkləri güllələyib. Bu hadisə biabrçılıqdır və ümid edirəm ki, gərəkli nəticələr çıxarılacaq”.

1919-1920-ci illərdə Azərbaycan kəndlərinə divan tutan Poqos -Davityanın 1921-ci ildə Smon Vrasyana ünvanlandığı məktubunda yazırdı:””…Nijdenin murdarlığını kim bilmir ki? Tatev kilsəsində otura bilərsiniz, Gorusda 32 tatar kəndini yandırıb kül etməyinizlə qürrələnə bilərsiniz.  Amma mən bilirəm Nijdenin kim olduğunu. O, mən yavəri  olanda  dəfələrlə  “gəl, bu gecə sənin gözəlçən olacam, mənə əzab ver, incitməni, sev məni” deyərdi. Yazıqlar olsun sizə ki, başınızda zahiri kişi işi isə fahişəsi olan adam durur”.

Nijde 1937-ci ildə “Seqakreon” adlı ifrat təşkilat yaradnda məşhur daşnak Manuçar Suikasyan demişdi? “Gör erməni milləti nə günə qalıb ki, həftədə iki-üç kişiyə zorladan, ən əxlaqsız əməllərdən həzz alan yarıqadın -yarıkişi Nijde bizə cəsarət və kişilik dərsi keçir”.

Qeyd edim ki, Qaragen tək misal deyil, belə ki, ermənilərin paşa adlandırdıqları Andranikin “ehtiraslı qadın olmaq”istəyi və nakam məhəbbəti bir çoxlarına aşikardır, olmayanlar varsa da, artıq xəbərdar olacaqlar. Belə ki, 1891-ci ildə “Hinçakyan” Partiyasına qoşulan Andranik Ozanyan istanbulda “Lodos” meyxanasında içib iki yunan gənclə səhərədək sevişdiyi üçün partiyadan qovulmuşdu. O biabrçı olaydan sonra partiya üzvləri Ozanyanı “madmuazel Andranik” adlandırmışdılar.

1907-ci ildə Daşnaksutyuna üzv olan Andranik burada da öz iyrənc əməllərinə davam edir. Belə ki, daşnaklar 1908-ci ilin yayında Ozanyanın içib qadın paltarında meyxanada oynamasını, sonra da ordakı ermənilərə “Ahh, içim yanır- məni söndürən tapılarmı?!” deməsinə ikrahla xatırlayırdılar.

İstanbul daşnaklarının liderlərindən olan Masis Tovjyan isə deyirdi:”Beləsinin üzünə tüpürmək belə, istəmirəm. Andranik Ozanyan çox əxlaqsız, sürtük bir insandı. Uşaqbazlığını, kişilərlə yatağa girib “ehtiraslı qadın” olmaq istədiyini gizlətməyən dəyyusdur i!”.

 

Polise.az   

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button