İrəvanda parlament binası qarşısında barrikadalar qurulub
İrəvanda etirazçılar parlament qarşısındakı Baqramyan küçəsini bağlayıblar.
“Sputnik Armenia”nın məlumatına görə, birləşmiş müxalifətin nümayəndəsi İşxan Saqatelyan sözügedən ərazidə barrikadaların qurulduğunu bildirib.
“Biz iki tərəfdən Baqramyan küçəsini bağlamışıq. Ərazidə çadırlar qurmaqda və tonqallar qalamaqda davam edirik”, – deyə o qeyd edib.
Həmçinin İ.Saqatelyan bəyan edib ki, etiraz aksiyaları Baş nazir Nikol Paşinyan istefa verənədək davam edəcək.