İrəvandan hiyləgər gediş: “Öncə Türkiyə ilə sərhədlər açılsın, sonra…”

Ehtiyatda olan türkiyəli general-mayor hesab edir ki, Azərbaycanla koordinasiya edilmədən sərhədlərin açılması mümkün deyil

“Biz Türkiyə ilə münasibətlərin normallaşmasında səmimi şəkildə maraqlıyıq”. Bu sözləri Bəhreyndə keçirilən “Manama dialoqu” beynəlxalq forumunda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan söyləyib.

“Biz hesab edirik ki, Ankara ilə münasibətlərin tənzimlənməsi Ermənistan və Azərbaycan arasında nizamlanma proseslərinə də müsbət təsir göstərə bilər. Amma onu da nəzərə alsaq ki, Ermənistan öz Qərb tərəfdaşlarına getdikcə yaxınlaşır, yəqin ki, sualımı məhz bu ünvana yönəltməliyəm: Türkiyə istər regionda, istərsə də Avropa Birliyi və Qərblə münasibətlərdə öz xarici siyasətini harada görür? Ermənistan Avropa İttifaqına yaxınlaşmağa can atır, Ermənistan xalqının Avropa istəkləri var. Sərhədlər açılsa, AB Gömrük İttifaqının da üzvü olan Türkiyə Ermənistanla AB arasında körpü ola bilər”.

Yəni belə çıxır ki, Ermənistan hələ də Azərbaycanla sülh sənədi imzalanmadan Türkiyə ilə sərhədlərin açılmasına ümid bəsləyir. Bu xüsusda Kostanyan onu da deyib ki, Ermənistan 4 qonşusunun hamısı ilə mehriban münasibətlərdə olmaq istəyir. Amma yolu bəllidir: Ermənistan Azərbaycan və Türkiyəyə qarşı konstitusion ərazi iddiasına son qoymalıdır. Rəsmi Ankara da dəfələrlə bəyan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün İrəvan əvvəlcə Bakı ilə anlaşmalı, sülh müqaviləsi imzalamalıdır.

“Türkiyə və türk verdiyi sözü tutur. Yəni beynəlxalq hüquqdan irəli gələn, deyilən, imzalanmış razılaşma və sənəddəki sözünü tutur. Ermənistan isə ən yaxın tarixdəki üçtərəfli sazişlərdə verdiyi sözləri belə tutmadı və indiyə qədər beynəlxalq hüquq çərçivəsində imzaladığı yazılı və şifahi heç bir öhdəliyi yerinə yetirə bilmədi”.

Vətən Səsi | Onlayn qəzet

Yücel Karauz 

Bu sözləri mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib. Türkiyəli general qeyd edib ki, buna görə də indi Ermənistanın oyun içində oyun oynamağa çalışması, Azərbaycanla sülh üçün Türkiyə ilə normallaşmanı şərt olaraq irəli sürməsi qəbul edilə bilməz: “Birinci məsələ Ermənistanın fırıldağıdır. Avropa İttifaqı ilə bağlı məsələyə gəlincə, Türkiyə 60 ildir Avropa İttifaqının qapısında gözlədilir. Avropa İttifaqı da Ermənistan kimi verdiyi sözləri tutan bir qurum deyil. Türkiyə ilə vizaların ləğvi haqqında razılaşma imzaladılar. Amma bu razılaşmaya da əməl etmədilər. Türkiyəni Avropa İttifaqına qəbul etmək niyyətləri də yoxdur. Bildiyiniz kimi, Cənubi Kipr Avropa İttifaqına daxil edildi, Türkiyə isə daxil edilmədi. Buna görə də Türkiyənin nə Avropa İttifaqına, nə də Ermənistana inamı və güvəni var. Ermənistanın Türkiyə ilə sərhədlərin açılması, Türkiyə ilə münasibətlərin normallaşmasından sonra Azərbaycanla sülh müqaviləsi təklifi masaya qoyması son dərəcə gülünc, komik və aldadıcı bir mövqedir və qəbul edilə bilməz.

Türkiyənin bu yaşadığı təcrübələr nəzərə alındıqda, belə bir səhvə yol verməyəcəyinə əminəm”.

Yücel Karauz qeyd edib ki,  Azərbaycanla koordinasiya edilmədən, Azərbaycanın bilgisi daxilində olmadan sərhədlərin açılmasını mümkün hesab etmir: “ Təbii ki, Türkiyə öz üzərinə düşən məsuliyyəti yerinə yetirmək məqsədilə Ermənistanla qarşılıqlı heyətlər çərçivəsində görüşlər keçirir. Sülh müqaviləsi imzalanmadan sərhədlərin açılması mümkün deyil”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi - ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Ermənistan Azərbaycanla sülh sənədi imzalamadan Türkiyə ilə sərhədlərin açılmasına ümid bəsləsə, bu reallaşmayacaq: “Türkiyə rəsmiləri bir ağızdan bəyan edirlər ki, Türkiyənin Ermənistanla sərhədlərinin açılması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması üçün İrəvan Bakı ilə sülh sazişi imzalamalıdır. Bu baş vermədən Ermənistan hökumətinin Türkiyə ilə bağlı istəyi yerinə yetirilməyəcək. Türkiyə rəsmiləri dəfələrlə bu barədə açıqlamalar versə də, İrəvan hələ də sərhədlərin açılmasının sülh sazişindən əvvəl baş verəcəyinə ümid edir. Bu ümidlər doğrulmayacaq. Ankara və Bakı Ermənistan məsələsində koordinasiyalı fəaliyyəti davam etdirirlər. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması sülh sazişinin imzalanmasından keçir. Bu baş verərsə, sərhədlər də açılar, hətta Ermənistanın regional layihələrdə iştirakı da mümkün ola bilər. Ancaq rəsmi İrəvan Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddidasını əks etdirən bəndi çıxarmağa tələsmədiyindən irəliləyiş yoxdur”.  /Xalidə GƏRAY, “Yeni Müsavat”/

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button