İrəvandan şok Şuşa etirafı: Geri çəkilsək də…
Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan Azərbaycan Ordusunun Şuşa istiqamətində uğurlarını etiraf etmək məcburiyyətində qalıb.
Bugünkü brifinqdə A.Ovannisyan Şuşa ətrafında ağır döyüşlərin artıq 3 gündür davam etdiyini bildirib. O, Azərbaycan Ordusunun yeni qüvvələr cəlb etdiyini, bəzi mühüm mövqeləri ələ keçirdiyini deyib.
O, Şuşada ağır məğlubiyyətə uğradıqlarını bu sözlərlə etiraf edib:
”Hər şeyə rəğmən, panikaya düşmək olmaz. Biz geri çəkilsək belə, gələcək qələbələr naminə döyüş qabiliyyətini qoruyub saxlamalıyıq”.
Qeyd edək ki, bundan öncə “Le Monde” erməni ordusunun Şuşa ətrafında darmadağın olduğunu yazıb.