İrəvanın bu qədər tez çökməsinə təəccübləndim – Ştukers

Dağlıq Qarabağ müharibəsinin başlamasını səhər xəbərlərindən eşitdim. Düzünü desəm, qarşıdurmanın bu qədər tez bitəcəyini gözləmirdim və erməni müqavimətinin xüsusilə dağlıq ərazidə bu qədər tez çökməsinə təəccübləndim.

Bu sözləri Axar.az-a belçikalı mütəxəssis Robert Ştukers 44 günlük müharibənin ildönümü haqda danışarkən deyib.

Mütəxəssisin sözlərinə görə, bu sürətli çöküş İrəvan hakimiyyətinin üçüncü dövlətlərə arxalanması və ordusunun hazırlıqsızlığından qaynaqlanırdı:

“Erməni tərəfinin çox qısa bir zamanda məğlub olmasının ikinci səbəbi gələcəkdə hərbi strategiyada və bütün dünyada nəzərə alınması lazım olan, müharibədə fərqli bir vəziyyət yaradan yeni silahların, o cümlədən, dronların istifadəsi idi. Sülhün bərqərar olunmasından sonra bu münaqişənin strateji vəzifəsi Qafqaz zəncirinin cənubunda quru rabitə yollarının azad edilməsi olmalıdır ki, bu da gecikmədən Şərq-Qərb və Şimal-Cənub əlaqələrini qurmağa imkan verəcək. Qafqazdan Qara dəniz, Dunay, Əsas Dunay kanalı və Reyn yoluna çıxış olduğundan, bu, Qərbi Avropa da daxil olmaqla, bütün Avropanın maraqlarına uyğundur. Şimal-Cənub bağlantısı sizin bölgəni yeni dəmir yolları, Volqa və Rusiya kanalları ilə Baltik və Arktikaya birləşdirəcək. Biz quru əlaqələrinin sərbəst və axıcı olmasını istəyirik”, – deyə belçikalı ekspert bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button