İrəvanın “inadı” qırıldı, İşçi Qrupu işə başladı: razılaşma var?

Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun görüşü keçirilib: bu, may ayında sərhəddə başlanan qarşıdurmadan sonra keçirilən ilk görüşdür.

İrəvan dövlət sərhədinin bərpasına etiraz edərək, işçi qrupunun fəaliyyətini birtərəfli dayandırmış və “sərhəd məsələsi həll olunmadan, bərpa etməyəcəyini” bildirmişdi. Seçkidən sonra işçi qrupunun bərpa edilməsi ilə bağlı müəyyən mesajlar verildi, nəhayət, avqustun 12-də Paşinyan razı olduqlarını açıqladı.

Üçtərəfi razılaşmalarda kommunikasiyanın bərpası Moskva üçün xüsusilə prioritetdir, bu baxımdan, ruslar yolların açılması istiqamətdə səylə işləyir. Hərçənd, burada bir vacib detal var: kommunikasiyaların açılması üçün sərhədlərin delimitasiyası lazımdır.

İşçi qrupunun fəaliyyətə başlaması sərhədin delimitasiyasının rəsmiləşməsi istiqamətində də proseslərin getdiyi, yaxud bununla bağlı konkret razılığın olduğu deməkdir. Və İrəvanın “Azərbaycan Ordusu tutduğu mövqelərdən geri çəkilməlidir” sözləri ritorikadan başqa bir şey deyil.

İlham Əliyevin Kəlbəcərə səfərində səsləndirdiyi fikirlər də Bakının dövlət sərhədini tam, yaxud böyük bir qismini bərpa etdiyi, hazırda möhkəmlənmə işinin aparıldığı nəticəsini çıxarmağa imkan verir. Və Əliyev açıq şəkildə bəyan etdi ki, heç bir geri çəkilmə olmayacaq, sərhəddə söz sahibi Azərbaycandır.

Hamısını Göstər

Related Articles

Back to top button