İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

“Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstandakı vəziyyəti real qiymətləndirib. O praqmatik siyasətçidir və bütün hadisələr barədə məlumatlıdır”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin komitə sədri İrakli Kadaqişvili deyib.

Onun sözlərinə görə, ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

“Ölkələrimiz arasındakı əməkdaşlıq hərtərəfli inkişaf etməlidir. Azərbaycan və Gürcüstan strateji tərəfdaş, dost olaraq bir-birini dəstəkləməlidir. Bizim məqsədimiz öz dövlətlərimizdə sabitlik və demokratiyanı qorumaqdır” – deyə Kadaqişvili vurğulayıb.

Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri zamanı xarici müdaxilənin düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayan Kadaqişvili deyib: “Heç bir halda xarici müdaxilələrə yol verilməməlidir. Prezident İlham Əliyevin müsahibələrində Gürcüstandakı vəziyyətə dair fikirlər obyektiv və real vəziyyətə əsaslanıb. Azərbaycan Prezidenti İlham Əliyev çox məlumatlıdır və Gürcüstandakı vəziyyəti yaxşı bilir. Onun qiymətləndirməsi, əlbəttə, real vəziyyətə uyğundur. Biz bir-birimizin inkişafına kömək etməliyik və bu münasibətləri hərtərəfli şəkildə gücləndirməliyik. Gələcəkdə bu əlaqələrin daha da möhkəmlənməsi tərəflər üçün faydalı olacaq və beynəlxalq məsələlərdə güclü tərəfdaşlıq əlaqələrinin inkişafına şərait yaradacaq”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button